İDEYAN VAR ?

-gəl! BİZ

REALLAŞDIRAQ!

XİDMƏTLƏRİMİZ

veb saytların hazırlanması

Şirkət, Elektron ticarət, Bloq, Portfolio, Təhsil, Xəbər və jurnal, Restoran, Əyləncə v...

qrafik və veb dizayn

Brendin yaradılması, Veb sayt və Loqo, Təqdimat və Reklam, Jurnal dizaynı

Veb Hostİng və Təhlükəsİzlİk

HTTPS və SSL tətbiq etmək, veb saytınızın təhlükəsizliyini və müştərilərinizin etibarın...

Mobİl (Android və IOS) tətbİqlərİnİn hazırlanması

Sosial Şəbəkə Tətbiqləri, E-Ticarət Tətbiqləri, Taksi Tətbiləri, Təhsil və Tədris Tətbi...

Daxİlİ İdarə Etmə Sİstemİ

Restoran, Cafe, Anbar, Şirkət və Universitet daxili idarə etmə sisteminin yığılması

Korporativ e-poçt

Korporativ e-poçt, şirkət daxilində və müştərilərlə rəsmi ünsiyyəti təmin edən peşəkar ...

Korporativ SMS

şirkətlərin müştəriləri ilə sürətli və effektiv ünsiyyət qurmasına imkan verən rəsmi me...

IT Audit

IT Audit təşkilatın informasiya texnologiyaları sistemlərinin təhlükəsizliyini, uyğunlu...

Biznesini rəqəmsal dünyaya daşımaq üçün düzgün ünvandasan!

Daha çox

Layihələr

HAQQIMIZDA

Web Console Studio kreativ və innovativ yanaşma ilə veb dizayn və proqramlaşdırma həlləri təqdim edən peşəkar komandadır. Müştərilərimizin rəqəmsal dünyada fərqlənməsinə kömək edərək onların bizneslərini gücləndirməyə çalışırıq. Missiyamız müştərilərimizin rəqiblərindən üstün olmasını təmin edəcək unikal və effektiv həllər təqdim etməkdir. Hər layihədə fərdi yanaşma sərgiləyərək onların ehtiyaclarına uyğun texnoloji həllər təklif edirik. Xidmətlərimizə veb sayt və mobil tətbiqlərin hazırlanması, daxili idarəetmə sistemlərinin qurulması, qrafik və veb dizayn, SEO optimizasiyası, veb hosting və təhlükəsizlik xidmətləri daxildir. Bundan əlavə, şirkətlər üçün korporativ SMS və e-poçt xidmətləri təqdim edirik ki, bu da müştərilərlə ünsiyyəti avtomatlaşdırmağa və gücləndirməyə kömək edir. Peşəkar komandamız kreativ yanaşması və texniki bilikləri ilə biznesinizə dəyər qatacaq innovativ həllər təqdim etməyə hazırdır. Web Console Studio ilə rəqəmsal dünyada bir addım öndə olun!

Təkliflərimiz:

Komanda heyətimiz

Ikon

Founder

@Nihat İsgəndərov

Ikon

Team Leader & Software Developer

@Mahammad Azimzada

Ikon

CEO

@Əli Vəliyev

Ikon

DevOps

@Əzim Əzimov

Ikon

Social Media Manager

@Çiçək Babayeva

Ikon

Front-end Developer

@Məhəbbət Babayeva

Ikon

Sales Manager

@Xeyransa Şirinova

Dinamik agentliyimizə qoşulmaq və potensialınızı kəşf etmək üçün CV-nizi ‘’[email protected]‘’ elektron ünvanına göndərib müraciət edə bilərsiniz.

NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ
NİYƏ BİZ?
ionTəcrübə və Bacarıq

Təcrübə və Bacarıq

Web Console Studio, ən yeni texnologiyalar və inkişaf standartları ilə əlaqəli bir komanda tərəfindən idarə olunur. Biz, müştərilərimizə effektiv və innovativ həllər təqdim etmək üçün müvafiq bacarıqlara və təcrübəyə sahibik.

ionYaradıcı Yanaşma

Yaradıcı Yanaşma

Biz, hər bir layihədə yaradıcı və unikal yanaşma tətbiq edirik. Veb saytlarımız və tətbiqlərimiz sıradanlığın ötəsinə keçir və müştərilərimizin brendlərini özgün şəkildə təmsil edir.

ionƏməkdaşlıq və Əlaqə

Əməkdaşlıq və Əlaqə

Müştərilərimizlə birlikdə işləyərək, onların məqsədlərinə nail olmağa kömək edirik. Biz, müştərilərimizin tələblərini anlamağa və onları həyatlandırmağa fokuslanırıq.

ionRəqəmsal Marketinq Bacarıqları

Rəqəmsal Marketinq Bacarıqları

Biz, müştərilərimizin veb saytının görünüşünü və reytinqini yaxşılaşdırmağa kömək edən SEO optimizasiyası, sosial media marketinqi və reklam kampaniyaları da daxil olmaqla dijital marketinq bacarıqlarına sahibik.

Bloqlar

Şirkətlər Niyə Rəqəmsallaşmalıdırlar?

Rəqəmsallaşma, bu günkü sürətlə dəyişən biznes dünyasında hər bir şirkətin uğurunun əsasını təşkil edir. Texnologiya, şirkətlərin işlərini daha sürətli, effektiv və çevik həyata keçirməsini təmin edir. Bu, yalnız daxili əməliyyatları deyil, həm də müştəri ilə olan əlaqələri gücləndirir. Rəqəmsal həllər müştəri məlumatlarını toplamağa, təhlil etməyə və fərdi təkliflər yaratmağa imkan verir ki, bu da müştəri məmnuniyyətini artırır. Şirkətlər rəqəmsal transformasiyadan istifadə etməklə əməliyyat xərclərini azaldır, iş gücünü daha məhsuldar edir və bazarda ön sıralarda qalma şansını artırır. Bu gün rəqəmsallaşmanın əhəmiyyəti yalnız mövcud biznes proseslərini təkmilləşdirməkdə deyil, həm də biznesin gələcəyini qurmaqdadır. Artıq hər sahədə rəqəmsal xidmətlərdən istifadə etməyən şirkətlər bazarda geridə qalmağa başlayır. Rəqəmsallaşma ilə işçilər daha az vaxt sərf edir, iş prosesləri sadələşir və nəticədə daha sürətli qərarlar qəbul edilir. Rəqəmsal alətlər, şirkətlərin yalnız daxili fəaliyyətlərini optimallaşdırmaqla kifayətlənməyib, həm də müştərilərə fərdi və şəxsiyyətə uyğun xidmətlər təqdim etməyə imkan verir. Texnologiyanın inkişafı ilə paralel olaraq rəqəmsal transformasiya, yalnız bir fürsət deyil, həm də biznesin davamlı inkişafı üçün zəruri hala gəlmişdir. Rəqəmsal həllərin istifadəsi şirkətlərin daha effektiv işləməsinə, gəlirlərini artırmasına və bazarda rəqabət üstünlüyü əldə etməsinə şərait yaradır. Beləliklə, rəqəmsal transformasiyaya başlamayan şirkətlər, gələcəkdə bazarda durğunlaşaraq digər rəqibləri qarşısında geridə qala bilərlər.

SEO nədir və niyə önəmlidir?

Rəqəmsal dünyanın sürətli böyüməsi nəticəsində bizneslərin orada mövcudluğunun önəmi də artır. İstifadəçilər almaq istədikləri məhsulları axtarmaq, xidmətlər haqqında ətraflı məlumat tapmaq və brendləri daha yaxından tanımaq üçün SEO-dan istifadə edirlər. Bəs SEO nədir? Niyə bu qədər önəmlidir? SEO nədir? SEO (Search Engine Optimization) sözünün açılışı Axtarış Motoru Optimizasiyası kimidir. SEO, veb saytların axtarış motorlarında ilk sıralarda olması üçün həyata keçirilən strategiyaları özündə birləşdirir. Burada əsas məsələ veb saytların müəyyən açar sözlərlə əlaqələndirilməsidir. SEO niyə bu qədər önəmlidir? • SEO-dan istifadə etməklə veb saytınıza daha çox təbii yolla trafik çəkə bilərsiniz. Çünki istifadəçilər adətən daha üst sıralarda olan nəticələrə daxil olmağa üstünlük verirlər. • Axtarış motorlarında üst sıralarda olmaq brendinizin tanınmasını artırır və nüfuzunuzu gücləndirir. İstifadəçilər belə markalara daha çox güvənirlər. • Əgər rəqibləriniz SEO-dan istifadə etmirsə, bu sizin üçün avantaj deməkdir. Yaxşı bir SEO strategiyası ilə siz onlardan bir neçə addım önə keçə bilərsiniz. • SEO, digər marketinq metodlarından daha az xərclidir və uzunmüddətli strategiyadır. Doğru tətbiq olunduğu təqdirdə yüksək gəlir təmin edir. • SEOdan istifadə ilə ön sıralarda olmaq reklamla müqayisədə daha çox güvən hissi yaratdığına görə, istifadəçilərin veb saytınıza daxil olma ehtimalı daha çox olur.

Dizaynın Gücü: Estetika və Funksionallıq

Dizayn günümüzün bir hissəsidir. Biz gəzərkən, alış-veriş edərkən, işlərimizi həll edərkən belə dizaynla üzləşirik. Bəs bizi bu qədər əhatə edən dizaynın gücünü nə qədər anlayırıq? Dizaynın gücünü anlamaq üçün iki əsas mərhələyə baxmaq lazımdır: Estetika və Funksionallıq. Estetika dedikdə biz ilk baxışda gözəllik və rənglərin dünyası başa düşürük. Ancaq mövzunun bir az daha dərinliyinə getdikdə, estetikanın insan psixologiyası və davranışlarında dəyişiklik yaratmaq gücünə sahib olduğunu müşahidə edirik. Gözəllik hissi, insanların məhsul və xidmətlərə olan maraqlarını artıraraq, onlardan istifadə etmə və hətta sadəcə görmək istəklərinə belə təsir edə bilir. Bir məhsulun xarici gözəlliyi və cəlbediciliyi onun daxili funksiyalarını daha da gözəl göstərə bilər. İkinci mərhələdə funksionallıq bir məhsul və ya xidmətin istifadəyə uyğunluğunu göstərən qüvvətli olan digər tərəfdir. Bir şeyin necə işlədiyi və istifadə edildiyini doğru təqdim etmək insanların ona olan maraqlarını dəyişdirə bilər. Əgər bir məhsul yaxşı dizayn edilmiş və funksionaldırsa, istifadəçilər ona daha çox dəyər verəcək və onunla daha uzun müddət maraqlanacaqlar. Bu, sadəcə bir obyektin dəyərini artırmır, eyni zamanda onun brendinin nüfuzunun və istifadəçilərin bu brendə olan bağlılığının artmasına kömək edir. Dizaynın bu iki gücünün bir araya gəldiyi ortaq nöqtə insanların həyatında dəyişikliklər yaratmaq üçün güclü bir alətdir və bu, həm istifadəçilər, həm də iş sahibləri və dizaynerlər üçün müsbət nəticələr gətirir. Bu baxımdan, dizaynın gücünü anlamaq, insan psixologiyasından düzgün istifadə etmək həyatımızın hər sahəsində mövcud olan potensialı ortaya çıxarmaqda kritik rola malikdir.