MƏXFİLİK SİYASƏTİ
Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.cafetti.az saytı (bundan sonra “Veb-sayt”) və/və ya “Cafetti” mobil tətbiqi (bundan sonra “Mobil tətbiq”) ilə Veb-saytın və/və ya Mobil tətbiqin istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların məxfiliyinin təmin edilməsi məqsədini daşıyır. Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta və/və ya Mobil tətbiqə həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar. www.cafetti.az veb-saytının/mobil tətbiqinin “Məxfilik Siyasəti” Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanmışdır. 1. MƏXFİLİK ŞƏRTLƏRİ 1.1. İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür. Bu Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları www.cafetti.az internet mağazasının saytında/mobil tətbiqində formanı dolduraraq təqdim edir və aşağıdakı məlumatları daxil edir: 1.1.1. İstifadəçinin soyadı, adı; 1.1.2. İstifadəçinin əlaqə telefonu; 1.1.3. Elektron ünvan (e-poçt); 1.1.4. Malın çatdırılma ünvanı; 1.2. Yuxarıda göstəriləndən əlavə istənilən şəxsi məlumat (alış-verişin tarixi, istifadə edilən brauzerlər, əməliyyat sistemləri və s.) etibarlı şəkildə məxfi qorunub saxlanır. 2. İSTİFADƏÇİNİN ŞƏXSİ MƏLUMATLARININ TOPLANILMASININ MƏQSƏDLƏRİ 2.1. İnternet-mağaza saytının/mobil tətbiqinin rəhbərliyi İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edir: 2.1.1. İnternet-mağaza saytında/mobil tətbiqində qeydiyyatdan keçmiş İstifadəçinin identifikasıyası, sifarişin qəbul edilməsi və ya malların alqı-satqı Müqaviləsinin bağlanması üçün; 2.1.2. İnternet-mağaza saytının/mobil tətbiqinin resurslarına İstifadəçinin girişi üçün; 2.1.3. İstifadəçi ilə əks-əlaqənin yaradılması üçün, həmçinin İnternet-mağaza saytı/mobil tətbiqi ilə bağlı məlumat, sorğu, xidmətlərin göstərilməsi (İstifadəçinin sorğularının və sifarişlərinin emalı daxil olmaqla); 2.1.4. İnternet-mağaza saytının/mobil tətbiqinin İstifadəçisini sifarişlərin vəziyyəti haqqında məlumatlandırmaq üçün; 2.1.5. İstifadəçiyə sifariş verdiyi məhsulun çatdırıla bilməsi üçün; 2.1.6. İnternet-mağaza saytının/mobil tətbiqin istifadəsində yaranmış çətinliklərə görə İstifadəçiyə səmərəli müştəri və texniki dəstək göstərməsi üçün; 2.1.7. İstifadəçinin razılığı ilə məhsulun yenilənməsi, xüsusi təkliflərin verilməsi, qiymətlər haqqında məlumat, yeniliklərin göndərilməsi və İnternet-mağaza və ya onun tərəfdaşları tərəfindən göndərilən digər məlumatlar üçün; 2.1.8. İstifadəçinin razılığı ilə reklam fəaliyyətinin yerinə yetirilməsi üçün; 2.1.9. İstifadəçinin İnternet-mağazanın tərəfdaşlarının saytlarına və servislərinə giriş imkanı və onların məhsulunun, xidmətlərinin və yeniliklərinin əldə edilməsi üçün. 3. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ 3.1. İstifadəçinin öhdəlikləri: 3.1.1. İnternet-mağaza saytından/mobil tətbiqindən istifadə etmək üçün tələb olunan şəxsi məlumatları vermək; 3.1.2. Həmin məlumat dəyişdiyi halda, onu yeniləmək, əlavələr etmək. 3.2. Saytın/Mobil tətbiqin Rəhbərliyinin öhdəlikləri: 3.2.1. Əldə etdiyi məlumatları yalnız Məxfilik siyasətinin 2-ci bəndində göstərilmiş məqsədlər üçün istifadə etmək; 3.2.2. Məxfi məlumatların gizliliyini qorumaq, İstifadəçinin yazılı razılığı olmadan onları açıqlamamaq, İstifadəçinin şəxsi məlumatlarını satmamaq, dəyişdirməmək, dərc etməmək, digər üsullarla yaymamaq 3.2.3. İstifadəçinin şəxsi məlumatlarının məxfiliyini təmin etmək üçün mövcud qaydalara əsasən mümkün tədbirlər görmək. 3.2.4. Şəxsi məlumatların düzgün olmadığı, və ya qeyri-hüquqi hərəkətlər səbəbindən İstifadəçinin şəxsi məlumatlarının səlahiyyətli orqanlar tərəfindən yoxlandığı dövrdə, və ya İstifadəçinin özünün və ya nümayəndəsinin müraciətinə əsasən şəxsi məlumatı bloklamaq. 4. ŞƏXSİ MƏLUMATLARIN İŞLƏNMƏSİNİN ÜSULLARI VƏ MÜDDƏTİ 4.1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsul ilə, həmçinin avtomatlaşdırma və avtomatlaşdırma olmadan şəxsi məlumatların informasiya sistemində həyata keçirilir. 4.2. İstifadəçi məlumatın saytın Administrasiyası tərəfindən üçüncü şəxslərə (çatdırılma xidmətinə, poçt təşkilatlarına, rabitə operatorlarına) www.cafetti.az internet mağazasının saytında/mobil tətbiqində qanuniləşdirilmiş sifarişi yerinə yetirmək üçün ötürülməsinə razılıq verir. 4.3. İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim oluna bilər. 5. ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ 5.1. Sayt/Mobil tətbiq Rəhbərliyi bu Məxfilik siyasətinə İstifadəçinin razılığı olmadan dəyişikliklərin edilməsi hüququna malikdir. 5.2. Yeni Məxfilik siyasəti onun internet-mağazanın saytında/mobil tətbiqində yerləşdirilməsi anından qüvvəyə minir (əgər başqa şərt yeni redaksiyada nəzərdə tutulmayıbsa). 5.3. Bu Məxfilik siyasəti ilə əlaqəli bütün təkliflər və suallar ilə bağlı[email protected]ə[email protected]ünvanlarına müraciət edilməlidir.
GERİ QAYTARILMA SİYASƏTİ
Geri qaytarma/Dəyişdirmə Siyasəti Veb-sayt və mobil tətbiq vasitəsilə satılan malların geri qaytarılma və dəyişdirilməsi İstehlakçı Hüquqlarının Müdafiəsi Haqqında Qanununa uyğun olaraq tənzimlənir. Geri qaytarılması qadağan olunan mallar istisna olmaqla, bütün mallar Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 15-ci maddəsində qeyd edildiyi şərtlə 14 gün ərzində geri qaytarıla bilər. a) Məhsul AR-nın NK-nin müvafiq qərarında siyahı halında dəyişdirilməsi/geri qaytarılması edilməyən mallardan deyilsə, b) Aşkarlanan qüsur ancaq istehsal xətasına görə olan qüsurdursa və ya bu qüsur təhvil təslim zamanı ortaya çıxmışdırsa bu zaman geri qaytarma/dəyişdirmə icra edilir. Mal qaytarılan/dəyişdirilən zaman qablaşdırması, alış sənədləri və aksesuarları (akseasuarları olan maldırsa) ilə birlikdə verilməlidir. Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən satın alınmış aşağıdakı məhsullar geri qaytarılmır və dəyişdirilmir: 1. Qızıl və qızıl məmulatları. 2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar. 3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr). 4. Parfümer-kosmetika malları. 5. Kişi, qadın və uşaq çimərlik paltarları. 6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları. 7. Məişət-kimyası malları. 8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.). 9. Uşaq oyuncaqları. 10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları. 11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar. 12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
ALICI MÜQAVİLƏSİ
Veb-saytdan qeydiyyatdan keçməklə və ya qeydiyyatsız alış etməklə siz aşağıdakı müqaviləni bağlamış hesab olunursunuz. Xahiş edirik, müqavilənin bütün şərtlərini diqqətlə oxuduqdan sonra qeydiyyatdan keçəsiniz və ya alış edəsiniz. www.cafetti.az saytında və mobil tətbiqdə aşağıdakı şərtləri qəbul edərək qeydiyyatdan keçən və ya alış edən alıcı (“Alıcı”) arasında, Satıcının təqdim etdiyi Xidmətlərdən Alıcının istifadə etməsi şərtlərini tənzimləmək məqsədilə bağlanılır. Müqavilədə istifadə olunan əsas anlayışlar: Alıcı Müqaviləsi – Onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər. Alıcı – Satıcının verdiyi texniki imkanlar vasitəsi ilə ödəniş edərək saytda qeyd olunmuş mal və xidmətləri sifariş edən, həmçinin bu Alıcı Müqaviləsinin şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs. Satıcı – Saytda öz mallarını satan, satış (həmçinin restoran və qida sektoru) və çatdırılma şərtlərini müəyyən edən hüquqi şəxs və ya fərdi sahibkar Sayt – Mal və xidmətlərin onlayn alış-veriş məkanı olan “www.cafetti.az” internet səhifəsi Mobil tətbiq - Mal və xidmətlərin onlayn alış-veriş məkanı olan mobil tətbiq . Məhsullar – Saytda yerləşdirilmiş mallar, xidmətlər (həmçinin restoran və qida sektoru) . Sifariş – Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə Saytda mövcud olan müvafiq formanın doldurularaq satıcıya elektron formada göndərilməsi. XÜSUSİ ŞƏRTLƏR: Müqavilənin predmetini alıcı tərəfindən saytda əks olunan məhsulların alınması təşkil edir. Bu şərtlər saytda cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur. Saytdan mal sifariş edən Alıcı, bu Alıcı müqaviləsi, saytda yerləşdirilmiş Məxfilik siyasəti, Çatdırılma şərtləri, Geri qaytarma / Dəyişdirmə Siyasəti ilə tam razılaşdığını bəyan edir. Saytda satılan məhsullar, həmçinin satış şərtləri ümumi oferta hesab olunur. Satıcı alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər. Alış o vaxt baş tutmuş sayılır ki, alıcı məhsulun dəyərini hər hansı formada ödəmiş olsun. Alıcı tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə Satıcı məsuliyyət daşımır. Göndərilmiş məhsulu qəbul edən Alıcı sifarişi kuryerdən qəbul edərkən yerində baxış keçirməlidir. Saytda satılan malların qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə göstərilir. Saytda məhsulun qiyməti Satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Satıcı birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər. Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Satıcının təqsiri səbəbindən olmayan hallarda qidalar və yeməklər geri qaytarılmır. Məhslun təyinatına uyğun olmayan formada saxlanılması nəticəsində alıcıya vurulmuş zərərə görə satıcı məsuliyyət daşımır. Saytdan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.
ÇATDIRILMA
Veb-saytdan qeydiyyatdan keçməklə və ya qeydiyyatsız alış etməklə siz aşağıdakı müqaviləni bağlamış hesab olunursunuz. Xahiş edirik, müqavilənin bütün şərtlərini diqqətlə oxuduqdan sonra qeydiyyatdan keçəsiniz və ya alış edəsiniz. Veb-saytdan qeydiyyatdan keçməklə və ya qeydiyyatsız alış etməklə siz aşağıdakı müqaviləni bağlamış hesab olunursunuz. Xahiş edirik, müqavilənin bütün şərtlərini diqqətlə oxuduqdan sonra qeydiyyatdan keçəsiniz və ya alış edəsiniz. www.cafetti.az saytında və mobil tətbiqdə aşağıdakı şərtləri qəbul edərək qeydiyyatdan keçən və ya alış edən alıcı (“Alıcı”) arasında, Satıcının təqdim etdiyi Xidmətlərdən Alıcının istifadə etməsi şərtlərini tənzimləmək məqsədilə bağlanılır. Müqavilədə istifadə olunan əsas anlayışlar: Alıcı Müqaviləsi – Onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər. Alıcı – Satıcının verdiyi texniki imkanlar vasitəsi ilə ödəniş edərək saytda qeyd olunmuş mal və xidmətləri sifariş edən, həmçinin bu Alıcı Müqaviləsinin şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs. Satıcı – Saytda öz mallarını satan, satış (həmçinin restoran və qida sektoru) və çatdırılma şərtlərini müəyyən edən hüquqi şəxs və ya fərdi sahibkar Sayt – Mal və xidmətlərin onlayn alış-veriş məkanı olan “www.cafetti.az” internet səhifəsi Mobil tətbiq - Mal və xidmətlərin onlayn alış-veriş məkanı olan mobil tətbiq . Məhsullar – Saytda yerləşdirilmiş mallar, xidmətlər (həmçinin restoran və qida sektoru) . Sifariş – Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə Saytda mövcud olan müvafiq formanın doldurularaq satıcıya elektron formada göndərilməsi. XÜSUSİ ŞƏRTLƏR: Müqavilənin predmetini alıcı tərəfindən saytda əks olunan məhsulların alınması təşkil edir. Bu şərtlər saytda cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur. Saytdan mal sifariş edən Alıcı, bu Alıcı müqaviləsi, saytda yerləşdirilmiş Məxfilik siyasəti, Çatdırılma şərtləri, Geri qaytarma / Dəyişdirmə Siyasəti ilə tam razılaşdığını bəyan edir. Saytda satılan məhsullar, həmçinin satış şərtləri ümumi oferta hesab olunur. Satıcı alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər. Alış o vaxt baş tutmuş sayılır ki, alıcı məhsulun dəyərini hər hansı formada ödəmiş olsun. Alıcı tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə Satıcı məsuliyyət daşımır. Göndərilmiş məhsulu qəbul edən Alıcı sifarişi kuryerdən qəbul edərkən yerində baxış keçirməlidir. Saytda satılan malların qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə göstərilir. Saytda məhsulun qiyməti Satıcı tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Satıcı birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər. Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Satıcının təqsiri səbəbindən olmayan hallarda qidalar və yeməklər geri qaytarılmır. Məhslun təyinatına uyğun olmayan formada saxlanılması nəticəsində alıcıya vurulmuş zərərə görə satıcı məsuliyyət daşımır. Saytdan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu razılaşmadan irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.